Tankı ilə düşmənin müdafiə xəttini yaran igidimiz - Mayor Amid Heydərov - VİDEO

05.12.2020 20:39

Hərbi hissə komandiri olsa da hücum zamanı öndə olub. İdarə etdiyi tankla düşmənin müdafiə xəttini yarıb, özü də elə tankda şəhid olub.Tanış olaq vətən müharibəsinin qəhrəmanlarından biri cəsur döyüşçü tankçı mayor Amid Heydərov.

Tankı ilə düşmənin müdafiə xəttini yarıb, özü də elə tankda şəhid olub.

Söhbət Lerikdən olan tankçı mayor Amid Heydərovdan gedir. Atası deyir ki, Amidlə sonuncü dəfə müharibə başlayan gün danışıb.

Amid Heydərov bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsində şücaət göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə isə düşmən tankını məhv etdikdən sonra şəhidlik zirvəsinə ucalıb. Onun meyitini bir neçə gün sonra döyüş meydanından götürmək mümkün olub.

Ailə üzvlərinin sözlərinə görə, Amid Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. Həmin döyüşlərdəki şücaətinə görə vaxtından əvvəl kapitan rütbəsi verilib. Hərbi hissə komandiri olmasına baxmayaraq Vətən Müharibəsində də hücum zamanı həmişə öndə olub.

Amidin vətənə, ailəsinə əmanət qoyduğu 2 övladı yadigar qalıb. Onlar da ataları kimivətənpərvər, cəsur ruhda böyüyür.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az


554 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR