Laçın dəhlizindən Xankəndinə yeni yol çəkiləcək - AÇIQLAMA

02.12.2020 15:57

Qarşıdakı üç il ərzində Laçın dəhlizindən Xankəndinə yeni yolun inşası nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Xəzər TV-nin "Xəzər Səhər" proqramının qonağı olan A.Nəcəfli deyib ki, həmin yoldan Qarabağda yaşayan ermənilər istifadə edəcəklər: "Yəni ermənilər Şuşaya və Laçına daxil olmada alternativ olaraq həmin yoldan istifadə edəcəklər".

O deyib ki, yeni yol həm təhlükəsizlik, həm də nəqliyyat sıxlığının yaranmaması baxımından önəmli layihədir. 

Atif

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR