“San-Paolo” stadionuna Dieqo Maradonanın adı veriləcək

30.11.2020 08:59

İtaliyanın "Napoli” klubuna məxsus "San-Paolo” stadionuna Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək.

Bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən dünya şöhrətli futbolçu Maradona 1984-91-ci illərdə "Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.


© xezerxeber.az

FOTOQALERIYA






180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR