Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda üçmərtəbəli binada yanğın baş verib

30.11.2020 08:56

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub.

Xəzərxəbər.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Nərmin Məcidli

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR