“Zəfər” və “Qarabağ” ordenlərinin təsis edilməsi ilə bağlı layihə qəbul olundu

26.11.2020 12:39

Azərbaycanda yeni medallar və ordenlər təsis edilib.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirən iclasında üçüncü oxunuşda müzakirə edilən "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” "Zəfər” və "Qarabağ” ordenləri təsis olunub. 

Eyni zamanda "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR