Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gürcüstanda peyvənd ödənişsiz olacaq

24.11.2020 18:19

Gürcüstan hölumətinin əldə edəcəyi koronavirusa qarşı peyvənd ölkə əhalisi üçün ödənişsiz olacaq.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.

Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.

Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20%-i üçün peyvənd alacaq. Qonşu ölkə 1 milyon 400 min doza vaksinin alınması üçün artıq ilkin ödəniş edib./report

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2021 21:43

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR