Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu yerlərdə siqaret çəkənlər cərimələnir - VİDEO

24.11.2020 22:25

Ötən gündənaçıq havada, ictimai yerdə siqaret çəkmək qəti qadağandır. Ümumilikdə insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbələrdə; açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz. Məqsəd bəllidir. Koronavirus infeksiyasının qarşısını almaq! Amma heyf ki; özlərini bilməməzliyə vuranlar az deyil. Bu gün qaydaları pozanlar 100 manat məbləğində cərimə olunublar.

Səkidə insanların sıx hərəkət etdiyi yerdə tibbi maskanı çənəsinə endirib rahat siqaret çəkir.

Polis onu görən kimi dərhal saxlayıb və inzibati qaydada cərimə yazıb. Görüntülər Bakıda Nəsimi rayonu metronun ''Əcəmi'' stansiyası yaxınlığında polisin keçirdiyi reyddəndir.

Daxili İşlər Nazirliyinin əməkdaşı Elşad Hacıyev deyir ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbələrdə açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz. Belə faktlar aşkar edildikdə həmin şəxslər inzibati qaydada 100 manat məbləğində cərimə olunacaqlar.

İnzibati tədbirlər küçədə tibbi maskasız hərəkət edən yaxud düzgün istifadə etməyən şəxslərə də tətbiq olunur.

Qeyd edək ki, polis mütəmadi olaraq mağaza və bərbərxanalarda reydlər keçirir.

© xezerxeber.az

FOTOQALERIYA






368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR