Maska taxmayanlar cərimələnəcək - Qərar qüvvəyə mindi - VİDEO

21.11.2020 20:26

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddətində bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə məcburidir. Bu qaydalara əməl etməyənlər inzibati qaydada cərimə olunacaqlar. Polis səhər saatlarından şəhərdə nəzarəti gücləndirib. Xatırladaq ki, yeni qaydalara əsasən bəzi fəaliyyət növləri var ki, onlar da həftəsonları işləməyəcək.

Tibbi maskadan istifadə etmədiyi üçün polis vətədaşları saxlayır. Onlara yeni qaydalara əsasən açıq məkanda da maskadan istifadənin məcburi olduğu izzah edirlər. Polislər paytaxtın Nəsimi rayonu metronun ''28-may'' stansiyasının yaxınlığında vətədaşlara xəbərdarlıq edirlər.

Qeyd edək ki, tibbi maska taxmayan şəxslər aşkar edilikdə polis onları inzibati qaydada cərimə edib.

Elşad Hacıyev mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələrini tövsiyə edir. Xatırladaq ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən tibbi maskadan başqa bəzi qadağalar da qüvvəyə minib. Əvvəlki günlərdə olduğu kimi xüsusi karantin rejminin qüvvədə olduğu dekabr ayının 28-ə qədər həftəsonları ictimai nəqliyyat işləməyəcək. Bundan başqa şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Bunlara restoranlardan tutmuş, gözəllik salonları və bərbərxanalar da daxildir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin bu gündən 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi də tövsiyə edilib.

QRAFİK:
- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər.
- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları.
- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri.
- kommunal xidmətlər, meliorasiya və su təsərrüfatı xidmətləri.
- qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri.
- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri.
- kütləvi informasiya vasitələri.
- mühafizə xidmətləri.

Qeyd edək ki, bütün bunlara polis nəzarət edəcək və qaydaları pozanlar inzibati qaydada cərimə olunacaqlar. Daxili İşlər Nazirliyinin əməkdaşı Elşad Hacıyev bildirdi ki, polisin yoxlamaları dekabr ayının 28-dək davam etdirəcək.


© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

27.11.2020 10:16

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR