Bakıda qəbiristanlıqdan qumbara tapıldı

21.11.2020 13:37

Bakıda qəbiristanlıqda qumbara aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan "F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb və ANAMA-nın əməkdaşlarına təhvil verilib.

© xezerxeber.az


273 dəfə oxunub

XƏBƏRLƏR

27.11.2020 10:16

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR