ABŞ-da koronavirus sürətlə yayılır

24.10.2020 14:56

ABŞ-da sutka ərzində koroavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Son 24 saat ərzində ölkədə 83 757 nəfər koronavirusa yoluxub. Buna qədər ən yüksək göstərici iyul ayında qeydə alınmışdı. O zaman 77 mindən çox şəxs virusa yoluxmuşdu.

Son sutka ərzində, həmçinin 943 nəfər virusun qurbanı olub.

Bu günədək ABŞ-da koronavirusa 8,5 milyona yaxın şəxs yoluxub, 224 min nəfər həyatını itirib.

© xezerxeber.az

FOTOQALERIYA






149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR