Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu ayın müavinət, təqaüd və kompensasiyaları ödənilib

24.10.2020 12:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Fonddan verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR