Cəbhədən son xəbər: Döyüşlər davam edir və... - POLKOVNİK

22.10.2020 15:58

"Ordumuzun torpaqlarımızın bir hissəsini işğaldan azad etməsi, digər ərazilərin azad olunmasını daha da tezləşdirir”.

Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan ordusunun işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda döyüş əməliyyatları təyin olunmuş plan əsasında davam edir:

"Azərbaycan ordusu Ali Baş Komandanımızın əmrlərini yerinə yetirərək, öz torpaqlarını azad etmə prosesini davam etdirir. Azad edilmiş torpaqlarmızın strateji əhəmiyyəti isə qələbələri davam etdirməyə imkan yaradır. Hazırda ordumuz demək olar ki, bütün istiqamətlərdə düşməni mühasirəyə alıb. Düşmən ordumuzun qarşısında çarəsiz qalaraq, silahını, döyüş texnikasını qoyub qaçır. Bununla bağlı Müdafiə Nazirliyi bir neçə video-görüntülər də paylaşıb. Prosesin gedişatına baxsaq, yaxın zamanlarda daha böyük uğurların əldə olunacağını görə bilərik”. Redaktor.az

© xezerxeber.az


696 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR