Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ağdam, Ağcabədi və Tərtərin yaşayış məntəqələri atəşə tutulub, yaralılar var - VİDEO

19.10.2020 21:41

Ermənistan silahlı qüvvələri Ağdam rayonunu ağır artilleriyadan və toplardan atəşə tutub. Atılan mərmilərdən biri Paşabəyli kəndində İlqar Məmmədovun həyətinə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, ev sakinləri təsərrüfat işində olduğundan xəsarət alan olmayıb.

Həmin vaxt oraya atılan ikinci mərmi isə elektrik dirəyinə dəyərək partlayıb. Sahədən qayıdan 23 yaşlı Çiçək Məhyəddinli xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Qəlpə bədənindən çıxarılıb və vəziyyəti kafidir.

Atılan mərmilər səbəbindən Bənövşələr qəsəbəsində də mülki şəxslər xəsarət alıb.

Baş Prokurorluğun məlumatına görə, bu gün saat 15 radələrində qəsəbəyə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həmçinin həmin vaxt qəsəbədə olan AzTV-nin cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ermənistan silahlı qüvvələri Ağcabədi istiqamətində də təxribat törətməkdə davam edir. Ötən gecədən başlayaraq rayonun Yuxarı Qiyaməddinli, Arazbar, Hacılar və digər bir neçə kəndi ağır artilleriyadan atəşə tutulub. Atılan mərmilər evlərə və təsərrüfatlara xeyli ziyan vurub.

Kənd sakini Nurəli İsgəndərovun evi isə bu gün səhər atılan mərmilərdən tamamilə dağılıb.

Rayonun Arazbar kəndində də bəzi evlərə ziyan dəyib. Sakinlər isə ordumuza güvəndiklərini və heç nədən qorxmayaraq kənddə yaşadıqlarını bildiriblər. Hazırda da Ermənistan silahlı qüvvələri Ağcabədinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Tərtərin Ələsgərli kəndi də atəşə tutulub. Xeyli fərdi ev dağılaraq yararsız hala düşüb.

Düşmənin atdığı mərmilər nəticəsində Ələsgərli kənd sakini Niyazi Səlimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu gün günorta saatlarında isə ermənilər Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub. Nəticədə ərazidə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






417 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR