Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda yaşayan erməni qadın Azərbaycanın qələbəsini gözləyir - "Paşinyan xalqa böyük zərbə vurur" - VİDEO

19.10.2020 21:20

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb.

Xezerxeber.az-ın məlumatına görə, Nelli Petrosyanın atası erməni, anası isə rusdur. Amma o, özünü əsla erməni hesab etmir. Çünki illərdir, yaşadığı Azərbaycanı özünə vətən seçib.

Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisəsədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.

Nelli Petrosyanı ən çox üzən isə hazırda döyüş bölgəsində baş verənlərdir. Onun sözlərinə görə, xüsusilə də Gəncədəki terror hadisəsi onu dərindən sarsıdıb. Bir ana olaraq orda baş verənləri vandalizm adlandırır: "Gəncədəki terror sadəcə insanlığa sığmayan bir əməl yox, bütün dünyada qəbuledilməz bir hadisədir".

Erməni qadın bildirib ki, Paşinyanın siyasəti ermənilərə böyük zərbələr vurub və vurmağa da davam edir: "O, sadəcə olaraq öz maraqlarını güdür. Vətəndaşını fikirləşən bir siyasətçi başqa ölkənin vətəndaşına o vəhşilikləri törədə bilməz".

Nelli Petrosyan həmçinin əlavə edib ki, ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər. Bu isə gələcək bir nəsli boş bir xülyalar içində böyütməkdən başqa bir işə yaramır. Bu müharibədə isə onun olmasını istədiyi tək bir şey var: haqlı tərəf haqqını alsın. Necə ki, 30 ilə yaxındır Azərbaycan haqqını tələb edir. Bu gün isə o gündür. Ermənilər isə haqsız olaraq hərb meydanında necə uduzurlarsa, elə də uduzmağa davam edəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






428 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR