Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistan humanitar atəşkəsə əməl etmir - VİDEO

19.10.2020 22:22

Humanitar atəşkəsin birinci günü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 5 rayonunda yaşayış məntəqələrinə və obyektlərə ümumilikdə 229 mərmi atılıb.

Xezerxeber.az-ın məlumatına görə, təkcə Tərtərə 160, Ağdama 63, Goranboya 6 mərmi düşüb.

Atəşkəsdən sonra Ermənistan silahlı qüvvələri Xızıya 1, Ağcabədinin Poladlı kəndinə 2 raket zərbəsi endirib, bundan başqa 1 dron hücumuna cəhd edib. Azərbaycanın rayonlarına bombalar atılması, hərbi aviasiya qaldırılması kimi çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Təəssüf doğuran məqam ondan ibarətdir ki, atəşkəslə bağlı Azərbaycana çoxsaylı müraciət edənlər Ermənistana heç bir irad tutmur və işğalçını faşist əməllərini dayandırmağa, Azərbaycan torpaqlarını boşaltmağa çağırmır.

Ermənistanın bu destruktiv əməllərinə hüquqi-siyasi qiymətin verilməməsi işğalçını daha da azğınlaşdırıb. Separatçı qüvvələr məğlubiyyətin qaçılmaz olduğunu bilsələr belə, daha çox qan tökülməsini istəyirlər. Azərbaycan isə BMT qətnamələrinin icrasını öz üzərinə götürərək sülhə məcburetmə əməliyyatları ilə öz əraziləri üzərində suveren hüququnu təmin edir, həmin əraziləri işğalçı, terrorçu və faşist qüvvələrdən təmizləyir.

Azərbaycanın qüdrətli Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu proses erməni quldur dəstələri Azərbaycanın işğal olunmuş ərazilərindən tam çıxana qədər davam edəcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR