Soyuducu anbarlar məhsul qəbuluna hazırdır - VİDEO

25.09.2020 21:24

Bəzi bölgələrdə yerləşən soyuducu anbarlarda mövsümi hazırlıqlar tamamlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayonunda 3 soyudu anbar var. Bunlardan biri 700, digər ikisi isə 2000 tonluqdur.

Sahibkarların sözlərinə görə, hər il olduğu kimi bu ildə fermerlər tərəfindən indidən müraciətlər başlayıb. Hətta artıq kameraların bir çoxu indidən sifariş edilib. Rayon ərazisində olan soyuducu anbarlarda qış aylarına qədər saxlanılan meyvə və tərəvəz məhsulları xarici bazarlara ixrac edilir.

Qərb bölgəsində isə fərdi sahibkarlara məxsus soyuducu anbarların əksəriyyərti kənd təsərrüfatı məhsulları ilə doludur.

Kartofun bir kiloqramına görə 10 qəpik ödəyən təsərrüfat sahiblərindən bəziləri isə öz məhsulunu anbardan çıxartmağa başlayıblar.

Bəzi anbarlarda isə kartof qaldığından fermerlər üzüm və digər məhsullarını hələlik buraya yığa bilmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR