Görmə qabiliyyətini tam bərpa etmək mümkün olacaq - VİDEO

18.09.2020 15:47

Avstraliyanın Monaş Universitetinin alimləri kor insanlarıngörmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Yeni üsula əsasən insana xüsusi implant – bionik göz yerləşdirilir.

 

Yeni sistem "Gennaris” adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirlərini ötüb keçə biləcək.

Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR