Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“İstanbullu gəlin”in məşhur aktyoru bu sirrini illər sonra AÇDI

18.09.2020 14:28

"İstanbullu gəlin” serialında yaratdığı obrazı ilə yadda qalan aktyor Fırat Tanış alkoqol asılılığından xilas olmaq üçün müalicə aldığını etiraf edib.

Türkiyə mətbuatı xəbər verir ki, Nuri Bilge Ceylanın "Bir Zamanlar Anadolu” filmində Kənan roluna həyat verən Fırat Tanışın əvvəlcə qala gecəsinə, sonra da dublyaja getməməsi müzakirələrə səbəb olmuşdu. Aktyor dublyaja getmədiyi üçün onun xarakterini başqa biri səsləndirmişdi. Bundan sonra Nuri Bilge Ceylanla Fırat Tanışın münasibətləri korlanmışdı.

"Nokta” verilişində qonaq olan Fırat Tanış Okan Bayülgenin bu barədə verdiyi suala cavab verib. Aktyor o dövrlərdə alkoqol problemləri səbəbilə klinikada müalicə aldığı üçün qala gecəsinə getmədiyini deyib./Publika.az


© xezerxeber.az


520 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR