Binəqədi rayonunda monitorinqlər davam etdirilir

14.08.2020 15:42

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, Rayon İcra Hakimiyyətinin, Rayon Polsi İdarəsinin və mobil qrup üzvlərinin iştirakı ilə Binəqədi rayonu 8-ci mkr. İ.Dadaşov və C.Xəndan küçələrində fəaliyyət göstərən ticarət obyektlərində monitorinqlər davam etdirilir.
 
XəzərXəbər xəbər verir ki, reydlər zamanı rayon ərazisindəki supermarketlərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
 
Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilmiş, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilmişdir.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR