Qeydiyyat şöbələrində təntənəli nikah otaqları yaradılıb

14.08.2020 15:21

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var”.

XəzərXəbər xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, arzu edən şəxslərin nikahı həmin otaqlarda qeydə alınaraq rəsmiləşdirilir: "Ancaq gələn şəxslərin sayına məhdudiyyət var. Eyni zamanda, iştirakçılar bu vacib günlə bağlı xatirə şəkli çəkdirə bilirlər”.

© xezerxeber.az

FOTOQALERIYA






159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR