Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçdi

14.08.2020 14:42

Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçib.

XəzərXəbər-in məlumatına görə, son bir neçə saat ərzində Hindistanda 1 929, Pakistanda 626, İsraildə 461 yoluxma qeydə alınıb.

Ümumilikdə, bu günədək dünyada virusa yoluxanların 21 074 199 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ liderlik edir. Bu ölkədə 5,4 milyondan çox şəxs koronavirusa yoluxub. Braziliya 3,2 milyondan çox yoluxma ilə ikinci, Hindistan 2,4 milyondan çox yoluxma ilə üçüncü yerdədir.

Bu günədək 757 495 nəfər koronavirusun qurbanı olub, 13 925 612 nəfər sağalıb.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR