Edeqor "Real"a qayıtdı

14.08.2020 12:41

"Real Sosyedad"da ötən mövsümü icarə əsasında keçirənMartin Edeqoru müqavilə ilə məxsus olduğu "Real"a qayıdıb.

"Marca" xəbər verir ki, "kral klubu" Norveç millisinin üzvünü bu mövsüm icarəyə vermək istəmir. Komandanın baş məşqçisi Zinəddin Zidan21yaşlı yarımmüdafiəçini Luka Modriçin əvəzləyicisi kimi görür.

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Niderlandın "Herenven" və "Vitess" klublarına icarəyə verilmişdi. O, ötən mövsüm "Real Sosyedad"da keçirdiyi 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR