Britaniyada bir fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub

14.08.2020 11:51

Böyük Britaniyada Norsampton şəhərində yerləşən "Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib.

Fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: "Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”./apa

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR