ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?

14.08.2020 11:38

COVİD-19 virusu payız aylarında məktəblərdə yayılmağa başlaya bilər. Bir çox ölkə yazda distant təhsilə keçdi, bunun sayəsində infeksiyanın kütləvi yayılmasının qarşısı alındı. Ancaq sentyabr ayında uşaqlar yenidən məktəblərə qayıdacaq.

Bu barədə payızda yeni növ koronavirusa yoluxma risklərini açıqlayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmiləri bildiriblər. ÜST bəzi ölkələrdə təhlükəsiz təhsil şəraitinin yaradılmadığından yeni dərs ilinin Covid-19-ın kütləvi yayılmasına səbəb olacağından narahatdır.

"Məktəblərdə infeksiyaların qarşısını almaq və mübarizə aparmaq üçün profilaktik tədbirlərin aparılması vacibdir, xüsusilə su, sanitariya və gigiyena xidmətlərində” , - ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus açıqlamasında qeyd edib.

ÜST-nin hesabatında deyilir ki, 818 milyon uşaq əsas əl yuyucu avadanlıqları olmayan məktəblərdə təhsil alır ki, onların da 295 milyonu Afrikada yaşayır.

Dünyada isə ümumilikdə 698 milyon uşaq əl sabunun olmadığı məktəblərə gedir.

Hər üçüncü məktəbin içməli suya çıxışı yoxdur və ya məhduddur.

© xezerxeber.az

FOTOQALERIYA






136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR