Şehiç Superliqada klub dəyişdi

14.08.2020 11:25

"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Erzurumspor” klubundan ayrılıb.
 
31 yaşlı qolkiper Superliqanın digər təmsilçisi "Konyaspor”a keçib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanıb. Şehiç yeni komandasında 13 nömrəli formanı geyinəcək.
 
Şehiç "Erzurumspor”a 2018-ci ildə "Qarabağ”dan transfer olunmuşdu. "Jelezniçar”ın yetirməsi olan və dörd il bu komandanın uğurları üçün çalışan qolkiper Ağdam təmsilçisinə 2013-cü ildə Türkiyənin "Mersin İdman Yurdu” klubundan gəlmişdi.
 
Fanat.Az

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR