Kardioloq alkoqolun ürək üçün faydalarından danışdı

10.08.2020 18:24

Az miqdarda alkoqol istehlakı aterosklerozun inkişafına mane ola bilər.

Bu barədə rusiyalı kardioloq Sergey İvanov "Danışır Moskva" radiostansiyasına verdiyi müsahibədə danışıb.

"Qadınlar üçün 32, kişilər üçün 36 qram təmiz spirt kifayətdir. Bu miqdar qəbul edilən içkilərdən asılı olaraq dəyişə bilər”, - həkim qeyd edib.

O, normadan artıq alkoqolun yalnız qaraciyərə deyil, ürək-damar sisteminə də mənfi təsir etdiyini qeyd edib.

İvanov pivənin, xüsusən də, kişilər üçün faydalı içki olmadığını vurğulayıb. Tərkibindəki yüksək miqdarda estrogen - qadın cinsi hormonları testosteronun miqdarını azaldır./Publika.az

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR