190 manatla bağlı VACİB AÇIQLAMA

08.08.2020 13:32

Pandemiya dövründə ən az təminatlı, ən ehtiyaclı insan qrupuna yardım olunması üçün 190 manat birdəfəlik müavinət təyin olundu.

Bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Biz ehtimal edirdik ki, bu insanlara 190 manat çox vacib olunduğu üçün, onların bu puldan istifadə edəcəklər. Lakin bəzi insanlar onlara verilən kartlardakı vəsaitdən istifadə etmədilər. Əgər onlar bu vəsaitdən istifadə etmirlərsə, ehtiyacları olmadığının göstəricisidir. Dövlət bu vəsaiti məhz ehtiyacı olan şəxslərə istifadə etməlidir".

© xezerxeber.az


727 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR