Paşinyan qərbdəki dayaqlarına sadiqlik nümayiş etdirir - VİDEO

07.08.2020 21:01

Ermənistanda tarixən növbəti , Paşinyan üçün isə yeni dağıdıcı dönəm başlayır. Qərbdəki maliyyə rıçaqlarının dəstəyi ilə Ermənistanda hakimiyyəti zəbt edən Nikol Paşinyan əvvəlki rejimin siyasi xəttinə dönük çıxıb. Nikol Paşinyan ermənilərin tarixən arxalandıqları, hər addımda qaçıb kömək istədikləri Rusiyaya arxa çevirib. Hazırda Ermənistanda Rusiya ilə azda olsa əlaqəsi olan şəxslər vəzifədən kütləvi şəkildə uzaqlaşdırılır.

Son zamanlar Ermənistanda Rusafobiya meyilləri artmaqdadır. Nikol Paşinyan hakimiyyətə gələrkən Ermənistanın əvvəlki höküməti onun qərbdən maliyyələşdirildiyini sözdə deyirdi. Onun Ermənistanı hara sürükləyəcəyi gözlənilən idi. Bu gün Paşinyanın Soros və digər bu kimi qurumlarla isti münasibəti hətta bu fondların səlahiyyətli nümayəndəsi kimi siyasət yürütdüyü hər kəsə bəllidir. Ekspertlər Ermənistan baş nazirinin son 2 ildə qərbyönümlü meyillərinin dağıdıcı bir yön aldığını bildirirlər.

Nikol Paşinyanın qərb yönümlüləri vəzifəyə yerləşdirmək üçün həyata keçirdiyi təmizləmələri bununla bitmir. O , bir vaxtlar Rusiyada təhsil almış, bu və digər yollarla Rusiya ilə bağlılığı olan şəxsləri Ermənistan təhlükəsizlik xidmətindən uzaqlaşdırır. Onların əvəzinə cəmiyyətə təsir göstərəcək qərb təhsilli şəxslər yerləşdirilir.


Millət vəkili Sevil Mikayılova deyir ki, Ermənistan uzun illər Rusiyanın təsiri altında olan bir dövlət idi. Lakin Paşinyanın yeni reallıqları Rusiya ilə strateji maraqları zədələyir. Artıq Nikol Paşinyan Rusiyada sevilməyən bir siyasətçidir və onun dayaqları ildən ilə zəifləməkdədir.

© xezerxeber.az

FOTOQALERIYA






368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR