Dəri xərçəngi nədən yaranır? - Uşaqlıqda bu detallara diqqət etməsəniz...

07.08.2020 19:39

Dəri xərçənginin yaranma riski uşaqlıqda aldığımız günəş yanıqları ilə birbaşa bağlıdır.

Bu barədə məşhur həkim və teleaparıcı Yevgeni Komarovski yutub kanalında danışıb.

"Dəriyə zərər verə bilən günəş şüalarının iki növü vardır. UVA şüaları hətta geyim və şüşə vasitəsilə nüfuz edir, DNT-nin məhvinə səbəb olur və bədxassəli şişlərin yaranmasına öz töhfəsini verə bilər. Ancaq günəş yanıqları UVB şüalarından qaynaqlanır. Qalın parçalardan hazırlanmış paltar seçməyi və daha az sintetik materiallardan istifadə edin. Onları istifadə etsəniz, günəşdən qoruyucu vasitələr tətbiq edin” , - həkim bildirib.


Ən təhlükəli xərçəng növü – melanomadır, hətta uşaqlıqda da əmələ gələ bilər, odur ki, uşağın günəşdə təhlükəsiz qalmasını təmin etmək lazımdır. Həkimin sözlərinə görə, yalnız beş növ günəş yanığı uşaqlıqda xərçəng riskini 80 faiz artırır.

Komarovski qeyd edib ki, küçəyə çıxmazdan 10-15 dəqiqə əvvəl günəş kremi dəriyə tətbiq olunmalı və hər dörd saatda yenilənməlidir. Ancaq təbiətdəsənsə, bu, hər iki saatda edilməlidir./publika.az

© xezerxeber.az


292 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR