BP hasilatını 40% azaldacaq

06.08.2020 13:06

BP şirkəti 2030-cu ilədək aşağıkarbonlu texnologiyaya investisiyasını artırmağı, karbohidrogenlərin hasilatını və tullantıların miqdarını isə azaltmağı planlaşdırır.

Bu barədə şirkətin yenilənmiş inkişaf strategiyasında qeyd edilib.

Strategiyada aşağıkarbonlu investisiyanın ildə 5 mlrd ABŞ dollarınadək artması nəzərdə tutulub ki, bu da indiki həcmdən 10 dəfə artıqdır.

 Şirkət bərpa olunan enerji istehsalı gücünü 20 dəfə artıraraq 50 GVt-a çatdırmağı hədəfləyir.

Şirkət neft-qaz hasilatını isə 40% azaldaraq gündəlik 2,6 mln barel neft ekvivalentindən 1,5 mln barel neft ekvivalentinə endirəcək. BP gündəlik emal həcmini də 1,7 mln bareldən 1,23 mln barelədək azaldacaq.

Şirkət bu tədbirlərlə 2030-dək atmosferə atdığı tullantıların miqdarını 35-40%-dək azaltmağı hədəfləyir./report

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR