Balakən rayonunda güclü yanğın olub

13.07.2020 19:42

Balakən rayonunun Meşəşambul kəndində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 550 kvadratmetr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlər (avtomobil təmiri sexi, mağaza, kafe, bərbərxana və s.) 360 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR