Bakıda silahlı şəxs ehtiyatsızlıqdan özünü və başqasını yaralayıb

13.07.2020 19:51

İyulun 10-da Müşfiqabad qəsəbəsində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə məlumat daxil olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun "Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyənləşdirilib.

F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş "Makarov” markalı tapança və patron darağı aşkarlanaraq götürülüb.

© xezerxeber.az


678 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR