Onlar koronavirusa qalib gəldilər - VİDEO

04.07.2020 21:28

Ağır sözü bəlkə də orda gördüklərimizin yanında çox adi bir kəlmə kimi qalır. Təsəvvür edin, reanimasiya otağı və yanında doğmalarından heç kim yox, hətta sən nəfəs almaqda belə çətinlik çəkirsən. Amma nə etsən də bəzən bu nəfəsi ala bilməyib sevdiklərinin üzünü görmədən həyatla vidalaşırsan. Çox dəhşətlidir, elə beyilmi?! COVID-19 bax belə bir dəhşətdir. Yoluxdunmu səni sevdiklərindən ayrı salıb yaşamaq istədiyin həyatı yaşanmaz hala gətirir. Bu gün əməkdaşlarımız Ruzana Kərimli və Anar Əlizadə Covid-li xəstələrin müalicə aldıqları klinikalardan birində olublar. Onlar xəstəlikdən əziyyət çəkən və sağalan xəstələri lentə alıblar.

Nəfəs almaq üçün sanki yalvarır. Qoşulduğu aparatla belə nəfəs almaqda çətinlik çəkir.

Hətta cihaza qoşulu olan xəstənin ciyərlərini hərəkətə gətirmək üçün həkimlər bir sıra prosedurlar tətbiq edirlər.

Hər gün yüzlərlə insanın yoluxub, hətta bəzilərinin dünyasını dəyişdiyi bu xəstəlikdən sağalanlar da az olmur. Elə bu gün lentə aldığımız covid-19 müharibəsindən çıxan qəhrəman əsgərlər kimi...

66 yaşlı Minarə Yusifova bir müddət xəstəxanada reanimasiyada bu xəstəliklə mübarizə aparıb. İlk vaxtlar hətta vəziyyəti o qədər gərgin olub ki, sağalacağına belə ümidini itirib.

Həyat yoldaşı ilə birlikdə bu xəstəliyə yoluxan Minarə Yusifova deyir ki, xəstəliyin varlığına hər zaman inanıb. Ancaq tədbirlərini görsələr də, bu bəla onlardan yan keçməyib. Müalicə olunduğu günlərdə isə ən çox nəvələri üçün darıxıb.

Koronavirusdan əziyyət çəkib sağalan 60 yaşlı Ağa Nağıyev də virusun olduğuna inandığını deyir. Elə ona görə də ilk simptomları hiss edən kimi dərhal həkimə müraciət edib.

Ağa Nağıyevin sözlərinə görə, xəstəliyə yoluxandan sonra insan həyatın qədrini daha yaxşı bilir. Sadəcə olaraq, ani məsuliyyətsizlik insanı yaxınlarından uzaq qoymaqla yanaşı, xəstəxana divarları arasında qorxu içində "heç kimi görmədən öləcəyəm","balalarımın qoxusunu istəyirəm" deyərək ölümlə burun-buruna qalmasına səbəb olur..

Aylardır övladarının səsi ilə kifayətlənib həyata bağlanan həkim Səmayə Əliyeva isə deyir ki, "xəstələrin dərdlərinə dəva olum" deyərkən özü də bu virusa yoluxub və sağalıb.

Biz çəkib göstəririk. Vəziyyət lentə aldığımız, hətta ala bilmədiklərimizdən daha ağırdır. O xəstəxana divarları arasında sevdiklərinizə bir daha qovuşa bilməyəcəyinizi düşünmək və onların üzünü belə görmədən dünyadan köçəcəyinizi ehtimal etməkdənsə, adi bir maskanı taxıb məsafəni qorumaqla özünüzü və sevdiklərinizi riskə atmamağa yəqin ki, ürəkdən razı olarsınız..

© xezerxeber.az

FOTOQALERIYA






333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR