Azərbaycanlı şagirdlərin ixtirası beynəlxalq yarışda qalib gəlib - VİDEO

03.07.2020 20:04

Azərbaycanlı 11-ci sinif şagirdləri Zəhra Qasımzadə və Züleyxa Kişiyeva "Click Energy” adlı klavişlərdən enerji alan klaviatura düzəldiblər.

Onların ixtirası beynəlxalq yarışda qalib gəlib və layihə müəlliflərinin hər biri 20 min dollar mükafata layiq görülüb.

Xezerxeber.az-ın məlumatına görə, layihə klavişlərdən enerji alan klaviatura sisteminə əsaslanır. Layihənin həmmüəllifi, Akademik Zərifə Əliyeva adına liseyinin məzunu Zəhra Qasımzadə deyir ki, 2018-ci ilin sonlarında dostları ilə birgə layihə haqda müzakirə apararkən internetdən araşdırma ediblər və görüblər ki, belə bir innovativliyi hələ heç kəs etməyib. Elə ona görə də layihə beynəlxalq miqyasda böyük maraqla qarşılanıb.

Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva isə bildirir ki, layihənin əsas məqsədi alternativ enerji ilə öz-özünü təmin edə bilən texnologiyaları bazara çıxarmaqdır.

Hazırda Orta Doğu Teknik Universitetinin 1-ci kurs tələbəsi olan Nofəl Qədimli deyir ki, iştirak etdikləri olimpiada bütün dünya üzrə şagirdləri ətraf mühit problemləri və onların həlli yollarının axtarışına cəlb edir.

Qeyd edək ki, "Click Energy" layihəsinin inkişafı 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlğın İnkişafı Fondunda İnkubasiya xidmətləri ilə dəstəklənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






495 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR