İran tankerlərinin həbs edilməsi üçün sanksiya verildi

03.07.2020 15:07

ABŞ-ın Kolumbiya dairə məhkəməsi Venesuelaya benzin daşıyan İrana məxsus tankerlərin həbs edilməsi üçün sanksiya verib.

ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalan Venesuelada kəskin yanacaq qıtlığı meydana gəlib. İran cari ilin əvvəlindən bir neçə dəfə Venesuelaya benzin dolu tanker göndərib. Hazırda İranın bir neçə tankeri Venesuela sahillərinə doğru üzür.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Müsəvi bəyan edib ki, ABŞ məhkəməsinin qərarı beynəlxalq qanunlara ziddir.

© xezerxeber.az

FOTOQALERIYA






95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR