Sakarya vilayətinin valisi: Partlayışın baş verdiyi fabrikdən indiyədək on yaralı çıxarılıb

03.07.2020 14:08

Hendek rayonundakı fabrikin yerləşdiyi ərazinin yaxınlığında bütün təhlükəsizlik tədbirləri görülüb. Bölgəyə axtarış-xilasetmə, yanğınsöndürmə və tibb briqadaları cəlb olunub.

Bunu Türkiyənin Sakarya vilayətinin valisi Çetin Oktay Kaldırım ölkədə pirotexniki vasitələrin istehsal olunduğu ən böyük fabrikdə baş verən partlayışla bağlı açıqlamasında deyib.

Vali qeyd edib ki, partlayış baş verən zaman müəssisədə 150-200 işçi olub. İndiyədək on nəfər yaralı fabrik binasından çıxarılıb. Hazırda partlayışlar davam edir.

Qeyd edək ki, hadisənin araşdırılması üçün Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk hadisə yerinə yola düşüblər.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

13.08.2020 12:20

TAP-ın 97%-i yekunlaşıb

ÇOX OXUNANLAR