Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İranın nüvə obyektində yanğın baş verib

03.07.2020 14:00

İranın Nətanz şəhərindəki nüvə obyektinin yaxınlığındakı binada baş verən yanğın hadisəsi bu gün dünya mətbuatının gündəmində əsas xəbər olub.

Nətanzdakı nüvə obyektləri və şəhərin özü xüsusi mühafizə olunan məkandır. Buna baxmayaraq, yanğın xəbər kanallarında və sosial mediada elə bir ajiotaj yaradıb ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi hadisə yerinə gəlib. Agentliyin nümayəndəsi Bəhruz Kamalvəndi jurnalistlərə bildirib ki, nüvə obyektinin yanındakı binada yanğın baş verib, heç kim xəsarət almayıb və obyektə zərər dəyməyib. Radioaktiv maddələrin yanğın nəticəsində ətrafa yayılması barədə sualı cavablandıran B.Kamalvəndi deyib ki, nüvə obyektinin fəaliyyəti uzun müddətdir dayanıb. Buna görə də radiasiyanın yayılmasından söhbət gedə bilməz.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BBC televiziya kanalının elektron poçtuna İranda baş verən insidentlə əlaqədar məktub daxil olub. Məktubu "İranın aslanları” adlı naməlum təşkilat göndərib və hadisəni törətdiyini etiraf edərək məsuliyyəti öz üzərinə götürüb. BBC-nin şərhçisi məktubun saxta olub-olmadığını, adıçəkilən təşkilatın həqiqətən də fəaliyyət göstərib-göstərmədiyini deməkdə çətinlik çəkib.

İranın xüsusi xidmət orqanları dərhal təhqiqat aparmağa başlayıblar. Mətbuatda dərc olunan xəbərlərin etibarlı mənbəyinin olmaması və müxtəlif ehtimalların irəli sürülməsi bu hadisənin təxribat olduğunu ortaya qoyur.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR