Küləyin sürəti gücləndi, dalğanın hündürlüyü 3,2 metrə çatdı - FAKTİKİ HAVA

06.06.2020 00:01

Milli Hidrometeorologiya Xidməti saat 20:00-a olan faktiki hava haqqında məlumatı açıqlayıb.

XəzərXəbər xəbər verir ki, məlumata əsasən, Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb.

Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR