Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınıb - VİDEO

02.06.2020 22:51

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində cəyirtkəkimilərə qarşı 6808 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Çəyirtkə qışlaqları Azərbaycanın 34 rayonun ərazisində qeydə alınır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov deyib.

Onun sözlərinə görə, çəyirtkələrə daha çox İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü, həmçinin Ağstafa rayonunda rast gəlinib.

Yaqub Cəfərov bildirib ki, bu zərərvericilərin daha bir təhlükəli növü isə İtaliya çəyirtkələridir. Onların da qışlaqlarının aşkarlanması istiqamətində işlər görülür. Mübarizə innovativ texnologiya və üsullarla aparılır. Çəyirtkələr kiçik yaşda olarkən onunla mübarizəyə üstünlük verilir.

Çəyirtkə sürüləri və ya qışlaqlarına rast gələn fermerlər Rayon Bitki Mühafizəsi Mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR