Türkiyə koronavirusa addım-addım QALİB GƏLİR

02.06.2020 09:55

Türkiyədə son sutka ərzində 827 yeni yoluxma faktı qeydə alınıb.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 23 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 563, yoluxanlar isə 164 min 769 nəfərə çatıb.

Türkiyədə indiyədək 128 min 947 xəstə sağalaraq evə buraxılıb./Publika.az

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR