Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycan-Gürcüstan magistral yolu BAĞLANDI

02.06.2020 09:41

Laqodehi şəhərində (Kaxeti regionu) suyun yeni ödəniş qaydalarından narazı olan əhali Azərbaycanla Gürcüstanı birləşdirən əsas magistral yolu bağlayıblar.

24News.ge xəbər verir ki, yerli sakinlər içməli suya sayğacın qoyulmasına etiraz ediblər.

Onlar bildiriblər ki, əhaliyə verilən su içməyə yarasızdır və üstəlik su pulu üçün sayğac da quraşdırılıb:

"Bizə verilən su hazırda kirli və sağlamlığımız üçün təhlükəlidir. Həmçinin suyun ödənişinin sayağaca əsasən deyil, əvvəlki kimi hər bir insana aylıq 50 qəpik ödəmə sitemi halında olmasını tələb edirik. Əks təqdirdə biz bu pulu ödəyə bilməyəcəyik, çünkü suyun 1 tonuna 0.42 qəpik tələb edirlər”, - deyə aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, Laqodexidə yerli sakinlər dünən də etiraz aksiyası keçiriblər./publika.az

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR