Ukraynada futbol matçları bərpa edildi

27.05.2020 09:24

Ukraynanın Səhiyyə Nazirliyi mayın 30-dan Premyer-Liqanın və ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib.

Bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko özünün "Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən futbol üzrə Ukrayna çempionatı martın ortalarında dayandırılıb.

Oyun zamanı stadionda olacaq insanların sayını artırmaq ehtimal edilir.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR