Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Oksfordda koronavirusa qarşı vaksin hazırlayan alimdən ŞOK AÇIQLAMA

25.05.2020 15:22

Oksford Universitetində koronavirus peyvəndi hazırlayan alimlər qrupuna rəhbərlik edə professor Adrian Hill dərmanın müvəffəqiyyət şanslarını qiymətləndirib.

Xarici mətbuat xəbər verir ki, alim dərmanın COVID-19-a qarşı təsirli olma ehtimalının 50% -ə endiyini deyib. Əvvəllər bu şanslar 80% qiymətləndirilirdi.

İngiltərənin "Telegraph” qəzetinə verdiyi müsahibədə professor bildirib ki, vaksin istehsalçıları dərmanı bu ilin sentyabr ayına qədər hazırlamağı planlaşdırsa da, bir sıra problemlər vaxtı uzada bilər.

"Buankı göstəricilər 50 faiz qiymətləndirilir. Ola bilsin ki, heç bir nəticə əldə etmədik”, - ekspert qeyd edib.

Nə qədər qəribə səslənsə də, əsas problemlərdən biri də İngiltərədə infeksiyanın yayılma sürətinin azalması və daha az və daha az yoluxanların olmasıdır. Bu o deməkdir ki, peyvənd sınağının növbəti mərhələsi üçün kifayət qədər sayda COVID-19 yoluxmuş könüllü olmaya bilər. Nəticə etibarı ilə eskpertlər vaksinlərin effektivliyini qiymətləndirə bilməyəcək./publika.az

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR