Bu bitki xərçəngin, koronavirusun qənimidir: Şişi və metastazları məhv edir – TƏSİRİ

25.05.2020 14:28

Heç kimə sirr deyil ki, şiş xəstəliyi olan insan və ailəsi nə çıxış yolu, dərman, türkəçarə, xalq təbabəti varsa sınamaq istəyir. Bundan istifadə edən bəzi işbazlar da müxtəlif tabletlər, otlar, şirələr, üsullar təklif edir.



Rəsmi tibb xərçəngin dərmanının tapılmadığını bəyan edir. Digər tərəfdən acı yovşan bitkisinin (rusca polın) şişləri kiçiltməsi və metastalara imkan verməməsi barədə məqalələr yayılır və artıq yovşanın spirtdə məhlulu onkoloji xəstələr üçün satılır.

Möcüzəvi təsirindən ağızdolusu danışılan yovşanın sirrinin nədə olduğunu araşdırıb. Həqiqətənmi, o şişin dərmanıdır?



Acı yovşan rus xalqlarında qurd, parazit tökən bitki kimi tanınsa da, dərmanlarda istifadə olunsa da, onun xalq təbabətində ən geniş istifadə olunduğu ölkə Çindir.



Çin alimləri malyariyaya qarşı dərman hazırlamaq tapşırığı almışdılar. Ötən əsrin 50-ci illərində yovşandan artemiznin adlı maddə ayrıldı və onun malyariya ilə mübarizə apardığı məlum oldu. Bu kəşfə görə çinli alim Tu Yioyu "Nobel" mükafatı alıb.



Alimlər elmi tədqiqatlarında daha da irəli gedərək, artemizinin nəinki malyariya törədicilərini, həmçinin şiş hüceyrələrini məhv etdiyini aşkarladılar. Elmi tədqiqatlarla bu nəzəriyyə təsdiqini tapdı və bu bitkidən alınan maddə tərkibli dərmanın kliniki tədqiqatlara hazırlanması müsbət qarşılandı.



Hazırda Çində könüllü xəstələr üzərində artemizinin antixərçəng təsiri müalicələrlə öyrənilir.

Bu dərman hələ ki, kütləvi satışa çıxarılmayıb.



Hansı yovşan lazımdır?



Bu dərman üçün hər yovşan da uyğun deyil. Onun yalnız birillik növü, Artemisia Annua adlı növü uyğundur. Bu növdə xüsusi kimyəvi tərkib var.



Özünüz bunu hazırlaya bilməzsiniz. Çünki sizin istifadə edəcəyiniz yovşanda artemizinin çox az faizdədir. Üstəlik, yovşan cövhərini çox miqdarda içmək zəhərlənmə verə bilər.



Lakin siz yovşan otunun, bitkisinin xüsusi çayını, dəmləməsini və ya apteklərdə satılan cövhərini alıb, müxtəlif xəstəliklərə, parazitlərə və ya onkoloji xəstəliklərin profilaktikası üçün uyğun dozada, həddi aşmamaq şərtilə istifadə edə bilərsiz./Medicina.az

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR