Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nə sosial məsafəyə riayət edirlər, nə də tibbi maska taxırlar - VİDEO

23.05.2020 21:05

Koronavirusun yayılma tendensiyasına görə ilk sıralarda olan Gəncə şəhərində bəzi sakinlər sosial məsuliyyətlərini dərk etmirlər. Xüsusilə də ictimai nəqliyyatdan istifadə edən bəzi sərnişinlər nə sosial məsafəyə riayət edirlər, nə də tibbi maska taxırlar. Elə sürücülər arasında da belələri az deyil. Əməkdaşımız Rasim Əziz Gəncənin marşrut avtobuslarındakı vəziyyətlə bağlı reportaj hazırlayıb.

Nə sürücülər, nə də sərnişinlər tibbi maska taxır... Sosial məsafə tələbinə də riayət olunmur...
 

Yoluxma sayına görə xüsusi risk qrupunda olan Gəncə şəhərinin ictimai nəqliyyatının bəzi avtobuslarında karantin rejimi qaydalarına əməl edilmir...


Bəzi sərnişinlər ya məsələnin ciddiyini anlamır, ya da mövcud vəziyyətə görə məsuliyyətini dərk etmir. Bir çoxları isə tibbi maskası olduğu halda onu ancaq kameralar qarşısında taxmağa üstünlük verir.


Ancaq bununla belə ictimai nəqliyyatda qaydalara əməl edən sürücü və sərnişinlərə, habelə karantin tələblərinin gözləndiyi avtobuslara da rast gəlinir.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən XəzərXəbər-ə bildirildi ki, bu məsələ daim diqqətdə saxlanır. Avtobusların dezinfeksiya edilməsinə hələ fevral ayından başlanıb. Qaydaların pozulması ilə bağlı hər ay 15-20 sürücü inzibati qaydada cərimələnir.

Ümumiyyətlə Gəncədə küçələrin dezinfeksiya edilməsinə, növbələrdə sosial məsafə qaydalarının gözlənməsinə daim nəzarət edilir, Polis və Daxili Qoşunların əməkdaşlarından ibarət naryadlar şəhər ərazisində xidmət aparırlar.

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR