Holandın şəxsi məşqçisi maraqlı fakt açıqladı

23.05.2020 14:45

Dortmund "Borussiya”sının gənc forvardı Erlinq Holandın şəxsi məşqçisi Borre Stinsild gənc ulduz barədə maraqlı fakt açıqlayıb.

"Corriere dello Sport " xəbər verir ki, mütəxəssis belə deyib:

"Erlinq 15 aya 12 kiloqram əzələ kütləsi yığıb. İnanılmaz göstəricidi! Boyu 12 santimetr artdığı üçün bu, çox vacib idi. Onun bədəni genetik olaraq idmana uyğundu. Ancaq hədəfə çatmaq üçün mümkün olan hər şeyi etməsi çox sevindiricidi. Əvvəllər Holand lazım olandan çox yeyirdi. Nə vaxt yeməkxanada görürdünsə, boşqabında bir qalaq yemək olurdu”.

Holand "Borussiya”ya bu ilin yanvarında "Zaltsburq”dan transfer olunub. Almaniya klubuna 20 milyon avroya başa gələn norveçli "arılar”la 4 illik müqaviləyə imzalayıb.

Fanat.Az

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR