Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.
XəzərXəbər xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada "Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə "Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, "Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.
Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi "Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: "Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.
© xezerxeber.az“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır
Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? - AÇIQLAMA
Estakadadan aşan sərnişinlə dolu avtobus havadan asılı qaldı - VİDEO
Vaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək
“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Peyvənd üçün istifadə edilən vaksinlər: Hansı daha effektivdir?
Ağdam Çörək muzeyi də erməni vandallığına məruz qalıb - FOTOLAR
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Azərbaycanda iki şirkətin rəhbəri həbs edilib - SƏBƏB - VİDEO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB