Gürcüstan parlamenti hökumətə yeni səlahiyyətlər verib

22.05.2020 21:48

Uzun fasilədən sonra fəaliyyətini bərpa edən Gürcüstan parlamenti bir sıra qanunlar qəbul edib, hökumətə yeni səlahiyyətlər verib.

Parlament üçüncü oxunuşda "İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib. Bu layihədə hökumətə yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Yeni qanuna əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq də bilər. Hökumət iyulun 15-dək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcək.

Bundan başqa, kilsələrə meşə və torpaq sahələrinin verilməsini nəzərdə tutan qanun layihəsi də qəbul olunub. Gürcüstan patriarxlığının tabeliyində olan kilsələr öz məqsədləri üçün meşə zolaqlarından və dövlət torpaqlarından istifadə edə bilər.

Digər qanun layihəsində Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə tətbiq ediləcək cəzalar müəyyənləşib. Ölkənin Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən düzəlişlərə əsasən, Gürcüstanın işğal altında olan ərazilərinin əks olunmadığı xəritələrin hazırlanması, yayılması, satışı, reklamı, idxal-ixracına görə fiziki şəxslər 150 lari (47 ABŞ dolları), hüquqi şəxslər 300 lari (94 ABŞ dolları) məbləğində cərimə olunacaq və ya onları iki ilədək həbs cəzası gözləyə bilər.

© xezerxeber.az

FOTOQALERIYA






280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR