Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiyalı alimlər koronavirusun müalicəsi üçün “Mefloxin” maddəsini təklif edirlər

10.04.2020 21:50

Rusiya alimləri "Mefloxin” maddəsi əsasında hazırlanmış dərmanların koronavirus infeksiyasının müalicəsində səmərəli olduğunu sübuta yetiriblər.

Bu barədə Rusiya Tibbi-Biologiya Agentliyi məlumat yayıb. Agentliyin rəhbəri Veronika Skvortsovanın sözlərinə görə, "Mefloxin” "SARS-CoV-2” virusunun təsirinin qarşısını tamamilə ala bilir.

"Mefloxin” (latınca "mefloquinum”) maddəsi əsasında hazırlanmış dərmanlardan malyariyanın yüngül və orta formalarının profilaktikası və müalicəsində istifadə olunur. Maddə 1970-ci ildə Vyetnam müharibəsi başa çatdıqdan sonra ABŞ ordusunda istifadə edilmək üçün hazırlanıb. Hazırda "Mefloxin” əsasında hazırlanan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi mühüm preparatlar sırasındadır.

"Mefloxin” hiperhəssas və epilepsiyalı şəxslərə, eləcə də kəskin psixoz müşahidə edilən pasiyentlərə verilmir. (AZƏRTAC)

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR