May ayında qlobal neft ehtiyatı həcmi dola bilər.
Bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə deyib.
O, dünya miqyasında neft tələbatının azalması və sürətlə artan tədarük səbəbindən may ayında qlobal neft ehtiyatı həcminin dola biləcəyi barədə xəbərdarlıq edib. Dünyada sürətlə yayılan koronavirus səbəbindən nəqliyyat məhdudiyyətlərinin və karantinlərin müşahidə olunduğunu bildirən M.Barkindo bunun son 1 ayda neft bazarında görünməmiş dəyişikliyə səbəb olduğunu deyib.
Bu il üzrə qlobal neft tələbatının gündəlik 100 min barrel artım proqnozuna 6,8 milyon barrel azalma istiqamətində yenidən baxıldığını deyən M.Barkindo ilin ikinci rübündə qlobal neft tələbinin sutkada 12 milyon barel azalacağının gözlənildiyini bildirib. İkinci rübdə sutkalıq 12,7 milyon barellik tədarük profisitinin yarana biləcəyini söyləyən OPEC-in baş katibi qlobal neft ehtiyatı həcminin may ayında dola biləcəyini qeyd edib.
2014-2016-ci illərdə neftin qiymətinin aşağı olduğu dövrdə neft bazarına 1 trilyon dollarlıq sərmayənin itirildiyini xatırladan M.Barkindo istehsalçı ölkələrin də trilyonlarla dollar gəlir itkisi ilə üz-üzə qaldığını bildirib. Qlobal neft istehlakının birinci rüb ərzində 15 faiz azaldığını ifadə edən OPEC-in baş katibi kartel və qeyri-OPEC ölkələrini bazar şərtlərinə uyğun birgə hərəkət etməyə çağırıb.
© xezerxeber.azGürcüstanın avtomobil ixracının 30%-i Azərbaycanın payına düşüb
"Fənərbağça"nın transfer planındakı əsas hədəfi ortaya çıxdı
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB